"Oğullarım qələbə ilə dönsünlər ayaqları dəyən torpaqları gedib öpəcəm"- ZÜLEYXA NADİR YAZIR...
27 Sentyabr 2021 12:09 SiyasətSavaş başlayanda əhd etmişdim ki, oğullarım qələbə ilə dönsünlər ayaqları dəyən torpaqları gedib öpəcəm. Çox şükür ki, hər iki qardaş salamat döndülər - yüngül yaralarla. Amma ürəklərindəki yara çox ağırdı, sağalmazdı. Bu yara şəhid olmuş döyüşçü yoldaşlarının torpağa axan qanıdı. Unutmayıblar, bir gün olsun belə yaddan çıxarmırlar...
Mən isə hələ əhdimi yerinə yetirə bilməmişəm. Və hər dəfə Qarabağa göndərilən jurnalistlərin arasında olmadığımdan dolayı üzülərək "sağlıq olsun gələn dəfə mən də onların arasında olaram" arzusu ilə təsəlli tapıram...
Vasif müharibədən gətirdiyi "trafeyanı" saxlayır: bir ovuc qəlpə və boş giliz. Gilizin içində adı, familiyası, qaynının telefon nömrəsi yazılmış kağız parçası...
Bir də erməni bayrağı gətirmişdi - oğlunun istəyi ilə. Muradla Nihad həmin bayrağa od vurub yandırdılar. Ataları ilə bərabər savaşdıqlarını bildirərək erməniyə meydan oxudular...
Bu gün Şəhidlərin günüdü...
Bu gün Qazilərin günüdü...
Bu gün savaşdan salamat dönmüş hərbçilərin, könüllülərin günüdü...
Bu gün 44 günün kədərinə qarışmış sevincin anım günüdü...
Hər bir şəhidə can qurban...
#Vətənsağolsun!
#QarabağAzərbaycandı!
#ŞıhidlərölməzVətənbölünməz