Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi
27 Sentyabr 2021 11:36 SiyasətAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Olaylar.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31