AZƏRBAYCAN XALQI ÖZ ŞƏHİDLƏRİNİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİR
27 Sentyabr 2021 12:00 SiyasətOlaylar.az xəbər verir ki, 27 sentyabr bütün ölkə daxilində Anım günü kimi qeyd olunur. Ölkənin bir çox yerlərində tədbirlər keçirilir, fatihələr oxunur.
Bu gün 44 günlük müharibənin başlanğıc günüdür. Azərbaycan xalqının bir yumruq kimi biləşdiyi gündür. 44 günlük müharibə dönəmində Azərbaycan 2907 övladını şəhid vermişdir. Xalqımız hazırda 1 dəqiqəlik sükutla öz şəhidlərini yad edir. Hər birimizin eyni hissləri yaşayırıq. Şəhidlərin əyilməz ruhları qarşısında baş əyir, qanları yerə qalmadığı üçün qarşılarında dimdik dayanırıq. Bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə isə can sağlığı arzu edirik!
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31