“Kimsə ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin!” – İlham Əliyev

"Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı".

Olaylar.az  bildirir ki, bunu prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil: "Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin. Öz ərazisində Dağlıq Qarabağ adlı cəmiyyət, respublika, qurum yaratsın. Biz onu tanıyarıq. Ancaq Azərbaycanda yox. Bu məsələ öz həllini tapdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31