Azərbaycan Liderinin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib - FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağdam Cümə məscidində mərasim keçirilib. Öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub. Bərdə və Ağdamdan olan din xadimlərinin iştirakı ilə namaz qılınıb və ayələr oxunub.

OLAYLAR.AZ  bildirir ki, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə Ağdam Cümə məscidinin qarşısında da dinlənilib.

Anım Günü ilə bağlı mərasimdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Bərdə və Ağdamdan olan din xadimləri, polislər və hərbçilər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31