"Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır"- İLHAM ƏLİYEV

"Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır".

Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ali Baş Komandan: Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç nə və heç kim bizi dayandıra bilməz. Biz müqəddəs savaşa çıxmışdıq. Müharibə dövründə hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur.

Prezident həmçinin, qardaş türk xalqına və Rəcəb Tayyib Ərdoğana müharibədə verdiyi dəstəyə görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31