"Müharibə dövründə biz hamımız bir şüar ilə yaşayırdıq - öldü var, döndü yoxdur!"- İLHAM ƏLİYEV

"Biz şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz ilə fəxr edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq!"

Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

İlham Əliyev: "Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq. Bu gün Azərbaycan xalqı  müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31