Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur

"Cənab Prezident İlham  Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı  Azərbaycanın postmüharibə dövründə Cənubi Qafqazın  bir sülh və əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində dünyaya verdiyi ciddi mesaj idi. Cənab İlham Əliyev Azərbaycanın bir daha sülhsevər ölkə olaraq bölgədə  dayanıqlı sülühün, sabitliyin və sıx əməkdaşlığa hazır  olduğunu bəyan etdi. Bildirdi ki,  Qarabağ münaqişəsi bitib və artıq bu məsələ tarixdir. Bölgədə yeni reallıqlar yaranıb və buna uyğun olaraq addımlar atılmalıdır". 
Bunu açıqlamasında deputat Aydın Hüseyov bildirib.
Deputatın sözlərinə görə, bölgədə dayanıqlı sülühü, sabitliyi, təhlükəsizliyi və əməkdaşlıq formatını yaratmaq üçün  Ermənistan Azərbaycanla sülh sazişi imzala malıdır. " Cənab Prezident bəyan etdi ki, Azərbaycan ölkələrin qarşılıqlı ərazi bütövlüyünün və  dövlət sərhədlərinin tanınması və Bakının Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin yaradılması şərti ilə sülh sazişi imzalana bilər. Ölkə başçısı onu da bəyan etdi ki, bununla bağlı İrəvana təklif ünvanlansa da, hələlik nəticəsi yoxdur. Ermənistan sülh sazişi məsələsində hələ  də destruktiv mövqe  sərgiləməklə məşğuldur. Ermənsitan  bölgədə sülhün yaradılması əvəzinə yenidən silahlanıb müharibə etməyə hazırlaşır. Deyəsən Ermənistan 44 günlük müharibənin acı aibətindən hələ də lazımi dərsi götürməyib"- deputat qeyd edib.
Deputat əlavə edib ki, Prezident çıxşında bir daha Ermənistanın revanşist hərəkətlərinə imkan verilməyəcək: "Suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik. Yəni buna cəhd edən baş üzərində dəmir yumruğu görəcək. Azərbaycan Prezidenti bu mesajı  açıq tekstlə Ermənistan və onun havadarlarına ünvanladı. Prezident bəyan etdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməmək barədə çağırış etdi.
Cənab Prezident BMT-yə, digər beynəlxalq  təşkilatlara və dünya ölkələrinə, Ermənistanın havadarlaırna üzünü tutaraq  bəyan etdi ki, regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməli və 44 günlük müharibəyədək  sərgilədiyi ikili standartdan əl çəkməlidir.  BMT və ATƏT-in mövqeyini tənqid edən  cənab Prezident  əslində həmin təşkilatlara və ermənistanı dəstəkləyən qüvvələrə bir diplomatiya dərsi vermiş oldu. Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya sülh çağırışı edərək Azərbaycanın sülhpərvər və sülhə sadiq bir ölkə olduğunu nümyiş etdirdi və dünya birliyini Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməyə səslədi. Bəyan etdi ki,  dünyanın bəzi aparıcı ölkələri Cənubi Qafqazda  dayanıqlı sülhə mane olmaqdansa, sülhün yaranmasına və sıx əməkdaşlığın yaranması istiqamətində fəaliyyət göstərsələr yaxşı olar. O baxımdan da həmin ölkələri Ermənistanı silahlandrımaqdan geri  çəkilməyə çağırış etdi. Bildirdi ki, onusuz da Azərbaycan 44 günlük müharibə nəticəsində yeni bir reallaıq yaradıb və kimsə o reallığı dəyişə bilməyəcək.Ən yaxşısı bu reallığı qəbul edib, ona uyğun addımlar atılmalıdır. Ermənistana havadarlıq edib, bölgədə gərginliyin davam etməsinin cəzasını isə bir da ermənilər özləri çəkməli olacaqlar. Necə ki, bunu acı nəticələrini yaşamaqdadırlar.  Dünya doğurdan da Cənubi Qafqazda sülh istəyirsə, ermənilər yeni reallıqdan bəhrələnmək istəyirlərsə, Prezident İlham Əliyevin çıxışında əksini tapan müddəalara diqqət yetirməli, bu istiqamətdə real addımlar atmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31