Vaşinqton, London və Kanberra beynəlxalq vəziyyəti sabitləşdirməməlidir- Zhao Lijian

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, sentyabrın 24-də, Avstraliya, İngiltərə və Amerika Birləşmiş Ştatları arasında yeni qurulan AUKUS təhlükəsizlik ittifaqının beynəlxalq nüvə silahlarının yayılmaması haqqında razılaşmalara zidd bir müqavilə olaraq qarşı çıxdığını söyləyib.

"Avstraliya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları arasında bu cür razılaşmalar nüvə silahının yayılmamasına və müvafiq beynəlxalq müqavilələrə ziddir. Vaşinqton, London və Kanberra beynəlxalq vəziyyəti sabitləşdirməməlidir." -deyə Çinli diplomat  brifinqdə söyləyib.

Çin Xarici İşlər Nazirliyi sözçüsünün qeyd etdiyi kimi, AUKUS, Cənub -Şərqi Asiya Millətləri Birliyinin bölgədə sülhün qorunmasına yönəlmiş fəaliyyətinin nəticələrini pozur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31