"Problemin həlli üçün Bakı ilə danışıqlar aparırıq" - Qriqoryan
24 Sentyabr 2021 17:11 Siyasətİrəvan və Bakı Rusiyanın vasitəçiliyi ilə Gorus-Qafan yolunda problemin həlli üçün danışıqlar aparır.
Olaylar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Biz bu məsələni bütün səviyyələrdə qaldırırıq ki, problemi tez həll edək. Bu məsələni Rusiyadan olan tərəfdaşlarımızla və Azərbaycan tərəfi ilə müzakirə edirik. Danışıqlar problemin həlli istiqamətində aparılır", - deyə o bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31