“Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəməyənlər razılaşmalıdırlar ki...”

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bildirib ki, "biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik". "Olaylar"ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov  qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəməyənlər razılaşmalıdırlar ki, ölkəmiz öz hərbi gücü ilə istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Bunu 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz zəfər bir daha təsdiq etdi. Revanşist meyillər sadəcə həmin ölkə və ya ölkələrdəki mövcud problemləri dərinləşdirir: "Aydındır ki, kifayət qədər həssas bölgə olan Cənubi Qafqazda dayanıqlı sülh və iqtisadi əməkdaşlıq kommunikasiyaların paralel bərpasından keçir. Cənubi Qafqaz yeni mərhələdə revanşist meyillərə deyil, ərazi bütövlüyünü tanımaqla sülh şəraitində yaşamağa köklənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31