Rusiya və Fransanın xarici işlər nazirləri Qarabağı müzakirə ediblər

Olaylar.az xəbər verir ki,  Rusiya və Fransanın xarici işlər nazirləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüş zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.  Sergey Lavrov və Jan-Yves Le Drian  ilk növbədə, ATƏT-in  Minsk Qrupunun formatında vəziyyətin sabitləşdirilməsi üçün işləri davam etdirməyə hazır olduqlarını bildiriblər.

Nazirlər həmçinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə  Rusiya-Fransa münasibətlərinin inkişafı ilə bağlı geniş ikitərəfli məsələləri ətraflı nəzərdən keçiriblər.

Məlumatı   Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti   yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31