"Yaxında böyük layihələr başladılacaq"- TALİBAN
24 Sentyabr 2021 12:07 SiyasətBəzi ölkələrlə ticarət əlaqələrimiz inkişaf edir və yaxın zamanda böyük layihələr başladılacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın xarici işlər naziri təyin etdiyi Əmirxan Muttaki deyib.
"Məqsədimiz xarici dünya ilə təmas qurmaqdır. Bizə təzyiq edilməsi doğru addım deyil. Bəzi ölkələrlə münasibətlərdə müəyyən problemlər var. Bunların həllinə çalışırıq", - deyə Muttaki bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31