Bayden BMT-də ABŞ-ı rəzil etdi - Senator
23 Sentyabr 2021 11:41 SiyasətABŞ Prezidenti Co Baydenin BMT kürsüsündə çıxışı sonsuz təslimiyyət siyasətinin göstəricisidir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Foks TV aparıcısı Laura İnqraham deyib.
O, Ağ Ev rəhbərinin çıxışını zövqsüz və qlobalçı adlandırıb:
"Baydenin kürsüdəki sözləri amerikalıların maddi və sosial durumları ilə ziddiyyət təşkil edir. COVİD-19-dan yüksək ölüm faizi, Meksika sərhədində miqrasiya böhranı, inflasiya və işsizlikdən dolayı birbaşa Bayden məsuliyyət daşıyır".
L.İnqrahamın verilişinə qatılan senator Tom Kotton da Baydenin çıxışından məmnun olmadığını ifadə edib.
O, Baydenin xüsusən Soyuq müharibə ilə bağlı nitqinin ABŞ-ı beynəlxalq ictimaiyyət qarşısında rüsvay etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31