Arzu Nağıyev: “Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir”
23 Sentyabr 2021 10:31 SiyasətBir neçə gün sonra xalqımız 27 sentyabr - Milli Anım gününü qeyd edəcək . İnanılması nə qədər çətin olsa da, bu tarix Azərbaycan xalqının yaddaşına silinməz izlərlə həkk olunub. 44 günlük Vətən müharibəsində zəfər qazandıq.
Olaylar.az-a açıqlamasında millət vəkili, politoloq Arzu Nağıyev bildirib ki, 27 sentyabr Azərbaycan xalqı üçün ən mühüm günlərdən biridir. Allah bütün şəhidlərimizə rəhmət etsin.Qazilərimiz, yaralı əsgərlərimiz tezliklə öz sağlamlıqlarına geri dönsün. Dualarımız üstündədir. Əsas məqam ondan ibarətdir ki, 27 sentyabrda 30 il işğalda olan torpaqlarımız işğaldan azad olundu . Bu işdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun rəşadəti və çəhadəti şərəf sayan Azərbaycan xalqının vəhdətidir. Qələbənin əsas səbəbi budur.
Eyni zamanda qələbə əzmi, ruhu ilə yaşamaqdır. Tovuz hadisələrindən başlayaraq, məhz artıq ermənilərin sülh limitinin bitdiyini bütün Azərbaycan xalqı dərk etdi. 27 sentyabrda ərazi bütövlüyümüzə yenidən təcavüz etmək istəyən, təxribat törədən erməni quldur dəstələrinin birmənalı şəkildə özləri və havadarları haqqında yaratdığı mif məhv oldu. BMT-nin 30 il ərzində qəbul etdiyi 4 qətnamənin heç biri yerinə yetmədi. 30 illik həmin qətnaməni Azərbaycan xalqı 44 gün ərzində hərbi yolla həll etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi dekeorativ bəyanatlardan bir addım da o yana keçməyən problemlərin həllinə Azərbaycan nail oldu. Heç kim də onu qınaya bilmədi. Hərbi faza ilə bərabər, informasiya müharibəsi də davam edirdi. Cənab Prezidentin dörd dildə verdiyi məlumatlar, müsahibələr, Azərbaycanı sevməyən və ölkəmizə qarşı haqsız addımlar atmağa çalışan dövlətlərin də cavabları vaxtında verildi. Azərbaycan bu müahribədə öz dostlarının mənəvi dəstəyini gördü. Məhz Türkiyə, Pakistan, digər dövlətlər Azərbaycana birmənalı şəkildə dəstək oldular. Azərbaycan ərazi bütövlüyü bərpa oldu. 10 noyabr sazişi çox mühim əhəmiyyət kəsb edən kapitulasiya aktıdır. Bu sazişdə üç dövlətin imzası var. Artıq ona uyğun olaraq, quruculuq işləri, minalardan ərazilərin təmizlənməsi məsələsi gündəmdədir. Həmçinin də kommunikasiyaların bərpası davam edir. Bütün dünya erməni vandalizminin şahidi oldu. Bu gün Şuşada keçirilən festivallar, Ağdamda keçirilən konfranslar, digər işğaldan azad olunmuş ərazilərimizin bərpası bir daha göstərdi ki, Azərbaycan xalqı qələbə əzmi olan bir xalqdır. Məhz Azərbaycan ordusunun şücaəti , həm dağda, həm suda, həm quruda apardığı əməliyyatlar göstərdi ki, doğurdan da əlli ordudam biridir. Dünya da ən aparıcı, ən döyüşkən ordulardan biridir. Həm NATO-nun qoşunları,həm digərləri ilə birlikdə çox mühüm əhəmiyyət kəsb edən təlimlərdə iştark edir və öz potensialını yetişdirir. Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə də dinc quruculuq və sağlam həyata qayıtmalarını arzu edirik"