BMT -nin baş katibi Ukraynanı dəstəklədiyini söylədi

Bir müddət əvvəl Rusiyanın BMT -dəki daimi nümayəndəsi, Krımın BMT Baş Assambleyası çərçivəsində müzakirə edilməsinin məntiqli olmadığını və Donbas probleminin daxildə həll edilməli olduğunu bildirdi.

Olaylar.az xəbər verir ki, BMT -nin baş katibi Antonio Quterreş Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyib və sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zeleniski ilə görüşündən sonra  ona dəstək olduqlarını söyləyib.

"Biz açıq şəkildə Ukraynanın ərazi bütövlüyünün tərəfdarıyıq və Krımda baş verənləri heç vaxt tanımamışıq", -  deyə Quterreş bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31