Ərdoğandan dünyaya müjdəni verdi: Türkiyə bəşəriyyətin xilaskarı olacaq
22 Sentyabr 2021 11:00 Siyasət"Ötən iki il bəşəriyyət üçün ağrılı sınaq dövrü olub".
Kanal.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış zamanı belə deyib.
Dövlət başçısı koronavirusa qarşı mübarizədən insanlığın üzüqara çıxdığını, peyvəndlərin ədalətli şəkildə bölüşdürülmədiyini bəyan edib.
Onun sözlərinə görə, vaksin milliyyətçiliyi heç kimə fayda verməyəcək. Məhz bu səbəbdən bir çox ölkələrdən fərqli olaraq, Türkiyə yerli COVID peyvəndi "Turkovac"ı bütün bəşəriyyətin istifadəsinə verəcək.
Ərdoğan həmçinin qlobal iqlim dəyişikliklərindən də bəhs edib. O bu dəyişikliklərə səbəb olan ölkələrin fəlakətli prosesləri önləmək üçün daha çox səy göstərməli olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31