Hərbi çevriliş hazırlayan ŞƏXSLƏR TUTULDU
21 Sentyabr 2021 18:54 SiyasətSudan ordu komandanlığının çevrilişdən xəbəri olduğu və bir müddətdir onun fitnəçilərini yaxından izlədiyi bildirilir.
Olaylar.az xəbər verir ki, Sudan xəbər agentliyi sentyabrın 21-də hökumət şurasının bəyanatına istinadən xəbər verir ki, Sudanda baş verən çevrilişdə iştirak edən bütün şəxslər nəzarətə alınıb. Dindirilmə prosesi davam etdirilir.
"Təhlükəsizlik orqanları və hərbi səlahiyyətli şəxslər bu gün səhər saatlarında baş vermiş çevriliş cəhdini ləğv etdilər", - bəyanatda deyilir.
" Hər şey nəzarət altındadır və çevriliş etmək istəyən bütün şəxlər həbs edilib. Onlara qarşı istintaq başladılıb"- deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31