Putin Ermənistanı təbrik etdi
21 Sentyabr 2021 14:38 Siyasət"Rusiya və Ermənistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi iki xalqın maraqlarına cavab verir"- Putin
Olaylar.az xəbər verir ki, Rusiya prezidenti müstəqilliyinin elan edilməsinin 30 illiyi münasibətilə Ermənistanı təbrik edib .
"Ermənistan və Rusiya arasında münasibətlərin yüksək ruhda daha da inkişaf etdirilməsi, şübhəsiz ki, iki qardaş ölkənin əsas maraqlarına cavab verir."- deyə prezident söyləyib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Respublikasının Prezidenti Armen Sarqsyana və baş nazir Nikol Paşinyana Ermənistanın müstəqilliyinin elan edilməsinin 30 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda bildirilir.
Rusiya dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın qurulduğunu, "EurAsEC", "CSTO" və "CİS" çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib.