Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gələn həftə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası həmin tarixdə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31