Ararat Mirzoyanın ABŞ-a işgüzar səfəri planlaşdırılır

Olaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 21-də Nyu-Yorka işgüzar səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin "Facebook"da yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Mirzoyan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək. Səfər çərçivəsində digər ölkələrin həmkarları ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Mirzoyan AŞ-nın Minsk Qrupunun həmsədrləri ilə də  görüşəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31