Ərdoğan DÜNYAYA SƏSLƏNƏCƏK

Birləşmiş Millətlər Təşkilatının  "COVID-19 pandemiyasından  xilas  olmaq, davamlılığı bərpa etmək, dünyanın   ehtiyaclarına cavab vermək, BMT-nin işinin  yenidən canlandırılması üçün dayanıqlılığı  təmin  etmək, insanların hüquqlarına hörmət etmək"  devizi altında keçiriləcək 76-cı Baş Baş Assambleyasının bu gün başlanan ümumi iclasında  iştirak etmək üçün ABŞ-da  səfərdə olan Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğan burada çıxışı ilə dünyaya müraciət edəcək.

Olaylar.az xəbər verir ki,  BMT-nin Nyu-Yorkda keçirilən  76-cı sammitində 100-dən çox dövlət və hökumət başçısı, xarici işlər naziri və nümayəndə heyəti iştirak edəcək. Bəzi liderlərin  isə toplantıya videomesajlar göndərəcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31