Prezident İlham Əliyev Sultan Əhməd bin Sulaimi qəbul edib
21 Sentyabr 2021 12:53 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
OLAYLAR.AZ xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda bildirildi ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31