Paşinyan-Ərdoğan görüşü Ermənistanın xilası ola bilər

Uzun müddətdən bəri davam edən Ermənistan dövlətinin təcavüzkar siyasəti nəhayət ki, oz başında çatladı. Yeni ərazi iddiasına düşən, "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan Ermənistan 44 günlük Vətən müharibəsində kapiruliyasiya aktını imzalamağa məcbur edildi. Ermənistanın əsrlərdən bəri davam edən məkirli ərazi iddiası siyasəti onun üçün baha başa gəlsə də, əslində Ermənistan dövlətinin və ermənilərin "qurtuluş məğlubiyyəti" idi. Buna baxmayaraq, Ermənistan iqtisadiyyatının, ordusunun ümumiyyətlə dövlətçiliyinin məhv olması təhlükəsi hələ də sovuşmayıb. Ermənistan dövlətinin başı üzərində mənasız utopik xəyallarla yaşayan erməni ideoloqlarının istək və arzuları, eləcə də bu ölkənin hazırki vəziyyətindən maksimum yararlanmağa can atan dövlətlər və beynəlxalq təşkilatlar var. Elə bu cəbəbdən də bəzi Qərb dövlətləri və qarşılarına münaqişəni sülh yolu ilə tənzimləmək məqsədi qoymuş vasitəci dövlətlər Minsk qrupunun fəaliyyətinin bərpası üçün dəridən qabıqdan çıxırlar. Azərbaycan və Türkiyənin istəyi ondan ibarətdir ki, heç bir kənar dövlətin, beynəlxalq təşkilatın iştirakı olmadan sülh müqaviləsinin imzalanmasıdır. Deməli, Ermənistanın nicat yolu Azərbaycanın daim təklif etdiyi ərazi iddialarından əl çəkmək, normal qonşuluq şəraitində yaşamaqdır. Heç şübhəsiz ki, təklifin reallaşması Ermənistanın da dövlət olaraq ayaq üstə durmasına şərait yaradacaq. Deyəsən, bu ölkənin baş naziri Nikol Paşinyan nəhayət ki, reallığı dərk etmək üzrədir. Elə bu səbədən də Azərbaycan və Türkiyə ilə əlaqələrin normalllaşdırılmasına yönəlik açıqlamaları ilə gündəmə gəlib.

Məlumata görə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gizli görüş keçirilməsini istəyib. Bunu T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında deyib: "Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar". R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar. Heç şübhəsiz ki, Paşinyan təsadüfən qarşısına belə bir məqsəd qoymayıb. Çünki, hələ ölkədə 44 günlük müharibənin törətdiyi psixoloji sarsıntılar aradan qalxmamış belə bir riskli addımın atılması Paşinyanın sonu ola bilər. Odur ehtimal edilir ki, bu addım atılması üçün Ermənistana ilkin müsajlar çatdırlıb. Ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb: "Biz bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik". Elə baş nazirin mətbuat katibi Mane Gevokyan da bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır. Mətbuat katibi işlərin səmərəli olacağı halda, yüksək səviyyədə görüşlərə də hazır olduqlarını bəyan edib.  

Maraqlıdır, Paşinyanın Ərdoğana verdiyi görüş mesajı özündə nəyi ehtiva edə bilər? Yaxud, Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur? Əvvala xatırladaq ki, istər Türkiyə, istərsə də Azərbaycan həm müharibədən əvvəl, həm də postmüharibə dövründə Ermənistana edilə biləcək güzəştlər, bu dövlətin əldə edə biləcəyi dividentlər barədə dəfələrlə mövqelərini ortaya qoyublar. Çox güman ki, Ermənistan siyasi elitası da bunu gözəl anlayır. Ancaq məsələ orasındadır ki, erməni diasporu və himayədar dövlətlər şəxsi maraqlarından çıxış edərək Ermənistanı belə bir addım atmağa imkan vermirlər. Təcrid siyasəti isə şübhəsiz bu ölkənin çöküşü ilə nəticələnə bilər. Bəs, Ermənistan öz məkirli niyyətindən əl çəkərək ortaq məxrəcə gəlsə hansı güzəştləri əldə edə bilər? Xatırladaq ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ötən ilin dekabrında demişdi ki, "əgər Ermənistan "altılıq platforması" təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər". Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı "Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımi addımları atacağıq" ifadəsini işlətdi. Ərdoğan bu mövzuya Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: "Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq". Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır cavab gözləyir. Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları "qonşularla barış", "regional əməkdaşlıq", "kommunikasiya xətlərinin açılması"yla əlaqəli olsa da, hələ heç bir real addım atmayıb. Ekspertlərin qənaətinə görə, Paşinyan tərəfdən atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar. Rəcəb Tayyibb Ərdoğanın "Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq" cümləsinin mənası da budur. Şübhəsiz ki, Ərdoğan-Paşinyan görüşündə Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar da masa üzərində olacaq. Təsadüfi deyil ki, Ərdoğan bəyan edib ki, "Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur dəhlizinin açılması ilə aşılmış olar". Bu isə o anlama gəlir ki, əgər Paşinyan bütün müsajları nəzərə alıb əməkdaşlıq addımı atmağa cəsarət etsə, bu, Ermənistanın xilası olacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31