Putin Permdə baş vermiş faciədən danışdı

Rusiya Prezidenti Vladimir Putin Permdə baş verən faciədən danışıb.
 Putin baş verən hadisəni ölkə üçün böyük fəlakət adlandırıb və ölənlərin ailələrinə başsağlığı verib.

"Çox gözəl başa düşürəm ki, heç bir ifadə bu itkilərin ağrısını, xüsusilə, ölənlər gəncdirsə, həyata yeni başlayırlarsa, heç cür azalda bilməz. Bu, böyük fəlakətdir. Yalnız uşaqlarını itirən ailələr üçün deyil, bütün ölkə üçün... Hüquq-mühafizə orqanları bu dəhşətli cinayətin araşdırılması üçün lazım olan hər şeyi edəcək", - deyə Putin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31