İlyas Hüseynov: "Bu zəfər milli birlik , iradə və əzimkarlıq sayəsində əldə olundu"

"Milli həmrəyliyimiz  müharibə dönəmində çox önəmli idi. Hətta siyasi baxışlarından , partiya mövqeyindən asılı olmayaraq  Azərbaycanda olan bütün siyasi partiyalar, dövlət başçısının siyasətinə dəstək oldular və Vətən müharibəsində öz mövqe lərini ortaya qoydular."

27 sentyabr 44 günlük Vətən müharibəsinin başlanması və zəfərlə nəticələnməsi xalqımızın böyük uğuru, milli həmrəyliyidir. Bu barədə Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib:

"27 sentyabr tarixi xalqımız üçün çox önəmli bir gündür.  Bu tarix zəfər yürüşünün başlandığı tarix kimi Azərbaycanın müasir tarixinə yazılıb. 44 gün ərzində Azərbaycan xalqı 30 illik həsrətə son qoydu, torpaqlarımız işğaldan azad olundu, tarixi zəfər qazandıq. Bu zəfər milli birlik , iradə və əzimkarlıq sayəsində əldə olundu. Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, prinsipiallığı və qətiyyəti sayəsində  bu uğur əldə olundu. Ümumiyyətlə xalqımızın birliyi və dəmir yumruq kimi birləşməsi, vahid mövqedən çıxış etməsi,qələbənin əldə olunmasında həlledici rol oynadı . Milli həmrəyliyimiz  müharibə dönəmində çox önəmli idi.Hətta siyasi baxışlarından, partiya mövqeyindən asılı olmayaraq  Azərbaycanda olan bütün siyasi partiyalar, dövlət başçısının siyasətinə dəstək oldular və Vətən müharibəsində öz mövqelərini ortaya qoydular. Eyni zamanda  xalqımızın bütün fərdləri arasında  artıq erməni işğalına son qoymaq, düşməndən intiqam almaq və beynəlxalq hüququ bərqərar etmək istiqamətində vahid  və önəmli mövqe formalaşmışdı. Bunun nəticəsində artıq  milli identiklik, milli özünüdərk və eyni zamanda milli oyanış prosesi formalaşır və  əsas meyar , amal olaraq torpaqların işğaldan azad olunması , Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü , beynəlxalq səviyyədə tanınmış  sənədlərin bərpası kimi  prioritetlər  hər şeydən öndə idi.  Vətən müharibəsində  Azərbaycan xalqının  yenilməz iradəsinə də bütün dünya şahidi oldu. Belə ki, həm Gəncə, həm də Bərdə terrorunda bütün vətəndaşlarımız  öz evlərində qalaraq , bölgəni, şəhərləri tərk  etmirdilər. Bu isə bizim artıq 90-cı illərdə olmadığımızı və ermənilərin dinc əhaliyə  divan tutmaq yolu ilə  əraziləri boşaltmaq istiqamətində niyyətlərinin puça çıxdığını göstərdi. Ermənistan nəinki Gəncə və Bərdəyə raket zərbələri  endirdi , həm də  cəbhəyanı bölgələrdə Tərtər, Ağcabədi, Bərdə Kürdəmir, Xızı və digər ərazilərimizə də raket zərbələri endirmişdi. Təbii ki, Mingəçeviri də bura xüsusi qeyd etmək lazımdır. Burada önəmli amil milli  birliyimizin və həmrəyliyimizin konseptual əsaslarının formalaşması idi. Azərbaycan xalqı bütün dünyada olan  azərbaycanlılarla birlikdə  artıq vahid nöqtəyə toxunur və diplomatik, siyasi müstəvidə  bizim mövqelərimizi gücləndirirdi. Bu milli birlik həm də  Azərbaycan həqiqətlərinin formalaşmasını təmin etniş oldu. Azərbaycanın formalaşdırdığı reallıqlar və şərtlər əsasında  erməni diplomatlara , Xarici İşlər Nazirliyinə , Ermənistanın baş nazirinə ünvanlan suallar qarşısında acizliyi ilə  seçilirdilər.  Nəticədə 44 günün sonunda birgə bəyənat imzalandı. Regionda sülhün və təhlükəsizliyin formalaşması üçün əlverişli mühütin  olması meydana gəldi.   Hazırda da sülhün  dayanıqlığının artırılması  istiqamətində  təşəbbüslər göstərilir. 27 sentyabr tarixi Azərbaycan tarixində  hər zaman qalacaqdır. Vətən müharibəsinin azadlıq , ərazi bütövlüyü müharibəsinin başlandığı gün kimi dünya  tarixinə daxil olacaqdır."

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31