Kreml: Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri ilə bağlı hazırlıqlar aparılır.

OLAYLAR.AZ  bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfər zamanı prezidentlər ikitərəfli münasibətlər və Suriya mövzusu, eləcə də digər regional münaqişələr müzakirə olunacaq.

Səfərin tarixi barədə məlumat daha sonra veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31