Sabah parlamentin daha iki komitəsi iclas keçirəcək

Sabah Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasda 2021-ci ilin yaz və növbədən kənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

Bundan başqa sentyabrın 21-də parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin iclası olacaq. İclasda aşağıdakı məsələlər müzakirə ediləcək:

1.2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat.

2.Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi.

3.Cari məsələlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31