İki erməni Azərbaycan ƏRAZİSİNƏ KEÇDİ-GERİ QAYTARILDI
20 Sentyabr 2021 10:50 SiyasətAzərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb. Bildirilir ki, iki Ermənistan vətəndaşı bu gecə saat 23:45-də ölkələrinə təhvil verilib.
Qeyd edək ki, Ermənistan MTX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31