Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı
19 Sentyabr 2021 19:29 SiyasətErmənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açıb.
Bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb.
Bildirilib ki, tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanın açıb.
Qeyd olunub ki, Türk Hava Yolları Gəncə-Naxçıvan marşrutu üzrə müntəzəm reyslərdə Ermənistanın hava məkanından istifadə edə biləcək. Bu, beynəlxalq tələblərə uyğun olaraq həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31