“Taliban” qızların hansı halda məktəbə gedə biləcəyini açıqlayıb

"Taliban" Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır".
APA-nın məlumatına görə, bunu "Spiegel" nəşrinə müsahibəsində "Taliban"ın təmsilçisi Zabiulla Mücahid bildirib.
"Taliban"ın təmsilçisi deyib ki, hazırda universitetlərdə qızlar təhsil alır, nəqliyyat təhlükəsizlikləri təmin olunub: "Qızların və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31