Rus maqnatı Tinkov ABŞ Ədliyyə Nazirliyi ilə razılaşma əldə edib
18 Sentyabr 2021 12:15 SiyasətTərəflər hakimdən oktyabrın 1 -də məhkəmə iclası təyin etməyi tələb ediblər.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Bölgəsi üzrə Amerika Birləşmiş Ştatları Rayon Məhkəməsinin məlumat bazasına yüklənmiş məhkəmə sənədlərinə əsasən, rusiyalı iş adamı Oleq Tinkov vergi fırıldaqlığı ilə bağlı ABŞ Ədliyyə Nazirliyi ilə razılığa gəlib.
Məlumata əsasən, sənəddə bildirilir ki, tərəflər işi həll etmək üçün razılığa gəldiklərini söyləyərək hakimə birgə sorğu təqdim ediblər.
Qeyd edək ki, tərəflər hakimdən oktyabrın 1 -də məhkəmə iclası təyin etməyi tələb ediblər.
Hakim hələ ki vəsatəti rəsmən təmin etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31