Azərbaycan polisi Gorus-Qafan yolunda separatçıların "bayrağını" bıçaqla qazıdı - VİDEO
17 Sentyabr 2021 20:52 SiyasətAzərbaycanın tarixi Şurnux kəndini geri qaytarması ordumuzun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.
Hazırda Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir və polis postu qurulub.
Polis bu yol ilə daşınan qanunsuz yüklər ilə yanaşı separatçıların təxribatlarına da nəzarət edir və qarşısını alır. Belə ki, sosial şəbəkələrdə yayılan videoda polis nəfərinin Gorus-Qafan yolu ilə hərəkət edən avtomobilin üzərindəki erməni separatçılarına məxsus əski parçasının işarəsini əks etdirən "simvolu" bıçaqla qazıması əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31