Ermənistan mediasından növbəti təxribat

Moskvada Azərbaycanla Ermənistan arasında sülh danışıqların getdiyi haqqında məlumat var(Ermənistan mediasına əsasən).

 Olaylar.az xəbər verir ki, bu barədə siyasi ekspert  Elman Vəliyev facebook hesabında açıqlama yayıb.

Onun sözlərinə görə,  "Bu sülh formatına əsasən qondarma respublikanın statusu məsələsi nəzərə alınmayıb, delimitasiya və demarkasiya SSRİ xəritələri əsasında aparılacaq. Zəngəzur dəhlizinin açılması da müzakirə predimetidir.

Ermənistan müdafiə naziri Arşak Karapetyan moskvada səfərdədir. Ola bilsin ki, bu sülh müzakirəsi məsələsi doğrudur.

Zəngəzur dəhlizinin açılması mütləqdir, ancaq zənn edirəm ki, bunun nəzarəti Rusiya tərəfindən olacaq. Gorus-Qafan yoluna gəldikdə isə bu yol Ermənistan-İran arasında əsas əlaqə vasitəsidir. Ona görə bunun tam bağlanmasını zənn etmirəm. Əgər bu yol açıq qalacaqsa, gərəg nəzarəti Azərbaycan eləsin. Əvvəlcə Azərbaycan tərəfi bu yolda nəzarəti gücləndirərək Ermənistanı müşkül duruma salıb sülhə təhrik elədi. Ermənistan da anlayır ki, çıxış yolları qalmayıb".

 Əlavə olaraq qeyd edib ki, "Qaldı delimitasiya və demarkasiyası məsələsi. Bu nun da SSRİ xəritələrinə istinadən həll etməyi fikirləşirlər. Zənn edirəm ki, 1920-ci illərdə Ermənistanın sovetləşməsi qarşılığında ona verilən Zəngəzur, Göyçə Dərələyəz, Dilican və digər ərazilər Ermənistanda qalır. Ancaq sonrakı zamanlarda Ermənistanın müharibə ilə işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi qalır. Bu formatında delimitasiyanı edə biləcəkləri ehtimalı yüksəkdir. Əsirlər və mina xəritələri də mütləq müzakirə edilənlərdəndir. Azərbaycandakı erməni əsirləri atəşkəs bəyanatından sonra olduğunu görə onlar sərhəddi pozmuş diversantlardır. Rusiya tərəfi də bunu açıq bəyan elədi. Ermənistan tərəfi əsirlərin geri qaytarılmasını istəyəcək. Ancaq ilk öncə mina xəritələrini verməlidirlər ki, sonra nəsə tələb etsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31