ŞƏT ölkələri birgə bəyannamə və digər 30 sənəd imzalayır
17 Sentyabr 2021 17:34 SiyasətSammitdə beş müqavilə və memorandum və bir strateji sənəd imzalayıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin liderləri sentyabrın 17-də Düşənbənin ev sahibliyi etdiyi ŞƏT sammitində birgə bəyannamə və 30 sənəd imzalandı. İmzalanma mərasimi canlı yayım vasitəsi ilə təşkil olunub.
Məlumata görə liderlər, xüsusən də ŞƏT Dövlət Başçıları Şurasının koronavirus pandemiyasının mənfi sosial və iqtisadi nəticələrinin aradan qaldırılmasına, təhlükəsizlik təhdidləri və çağırışlarına qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş 2021-2023-cü illər üçün birgə məsləhət tədbirləri planının təsdiq edilməsi ilə bağlı qərarlarını imzalayıblar.
Əlavə olaraq, sammitdə İrana ŞƏT -ə üzvlüyün və Qətər, Misir və Səudiyyə Ərəbistanına dialoq tərəfdaşı statusu verilməsi proseslərinə start verilib.