"Tezliklə sərhədlərin bərpasına başlamalıyıq" Ermənistanın baş nazirinin müavini
17 Sentyabr 2021 15:06 SiyasətErmənistanın baş nazir müavini Mger Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin tezliklə başlamanın vacibliyini etiraf edib.
Olaylar.az trend-ə istinadən bildirir ki, nazir müavini bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə işə salınması ilə bağlı çağırışına cavab olaraq bildirib.
M.Qriqoryan qeyd edib: "Fikrimcə, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən prosesi başlamaq lazımdır".
Xatırladaq ki, ötən gün M.Zaxarova bu prosesinin başlamasının zəruriliyini vurğulamış və Rusiyanın bununla bağlı təkliflərinin Bakı və Yerevana təqdim olunduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31