İraqın şimalında 6 terrorçu zərərsizləşdirilib.

İraqın şimalındakı Qara bölgəsində keçirilən hava əməliyyatı nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb."Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında terrorun mənsqlərini məhv etməyə davam edir.  Qara bölgəsində hava əməliyyatı nəticəsində daha 6 PKK terrorçusu zərərsizləşdirilib. Terrorizmə qarşı mübarizəmiz aktiv və qətiyyətli şəkildə davam etdiriləcək".-deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31