Rusiya Dövlət Dumasına seçkilərdə yeganə azərbaycanlı namizəd
17 Sentyabr 2021 12:56 SiyasətBu gün Rusiya Dövlət Dumasına seçkilər başlayıb. 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.
"OLAYLAR" xəbər verir ki, Dövlət Dumasına namizədlər arasında yeganə azərbaycanlı Xanoğlan Əliyevdir. O, "Ədalətli Rusiya" partiyasından həm də Moskva vilayət dumasına namizədddir.
Ximki şəhərindən deputatlığa namizədlər siyahısına hazırda Boris Nadejdin başçılıq edir. İkinci yerdə isə X.Əliyevdir.
Xanoğlan Əliyev 1962-ci ildə Lənkəranın Ballabur kəndində anadan olub, Moskva hərbi xidmət keçib və ordudan sonra Rusiyada qalıb, iş adamıdır, Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (AZƏRROS) yerli şöbəsinin rəhbəridir. 2011-ci ildə "Ədalətli Rusiya" partiyasının siyahısından Ximki şəhər deputatlar Şurasına seçilib, Moskvaətrafı regionunda ictimai-siyasi fəaliyyətlə də məşğuldur.