Putin: “Bu, ölkələrimizin təhlükəsizliyinə kəskin çağırışlar və risklər yaradır”
16 Sentyabr 2021 23:47 SiyasətRusiya Prezidenti Vladimir Putin Qərb koalisiyası qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bölgədə yaranan təhlükələrdən danışdı.
"Ölkə.Az" TASS-a istinadən xəbər verir ki, Putin KTMT-nin zirvə toplantısında çıxışı zamanı Əfqanıstanda Talibanın hakimiyyətə gəlişindən sonra yaranan vəziyyətlə bağlı mövqeyini açıqlayıb.
Putin qeyd edib ki, KTMT-nin məsuliyyət zonasında və üzvlərinin xarici sərhədlərində vəziyyət "nəinki sabit deyil, həm də ölkələrimizin təhlükəsizliyi üçün həqiqətən də yeni kəskin çağırışlar və risklər yaradır".
"Yumşaq dillə desək, ABŞ və müttəfiqlərinin Əfqanıstandan tələsik qoşunlarını çıxarması və Taliban hərəkatının hakimiyyətə gəlişindən dərhal sonra fövqəladə KTMT-nin zirvə toplantısında bu ölkədə baş verən köklü dəyişikliklərləəlaqədar olaraq yaranan təhlükələr haqqında fikir mübadiləsi apardıq. O zaman hamı indiki şəraitdə KTMT üzv ölkələrinin çox sıx əlaqələndirilməsinə və birliyinə hər zamankından daha çox ehtiyac olduğu qənaətini dəstəklədi", - Putin qeyd edib.