İran yük maşınlarının hərəkətinə Avropa və Asiyada qadaga tətbiq edilə bilər?

İran bütün etirazlar və tətbiq edilən məhdudiyyətlərə baxmayaraq hələ də Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçı Ermənistana müxtəlif təyinatlı yüklər daşıyır. Cənub qonşumuzun bu təxribatçı hərəkətləri haqlı olaraq Azərbaycanda ciddi etiraz yaradır. Hətta İranın bu addımına qarşı ən sərt tədbirin görülməsi məqsədəuyğun hesab edilir. Belə addımlardan biri kimi Beynəlxalq Avtonəqliyyat Federasiyasına rəsmi şəkildə müraciət edilməsi göstərilir. Bildirilir ki, Azərbaycan rəsmi şəkildə Beynəlxalq Avtonəqliyyat Federasiyasına şikayət etsə Avropa və Asyada hərəkət edən İran yük maşınlarının hərəkətinə məhdudiyyət tətbiq edilə bilər.

Nəqliyyat və beynəlxalq yükdaşıma problemləri üzrə ekspertlər isə hesab edirlər ki, Azərbaycanın belə bir şikayətlə Beynəlxalq Avtonəqliyyat Federasiyası qarşısında çıxış etməsi prinsipcə mümkün görünmür. Çünki sözügedən Federasiyanın hər hansı administrativ hüququ yoxdur ki, belə bir məhdudiyyət tətbiq etsin: Hətta dünya üzrə tanınmış Beynəlxalq Nəqliyyat İttifaqının səlahiyyətləri, funksiyalarının Beynəlxalq Avtonəqliyyat Federasiyasından üstün olmasına baxmayaraq belə, həmin ittifaqın da administrativ funksiyası yoxdur.

Ekspertlər hesab edirlər ki, bu həm də hökumətlərarası, dövlətlərarası məsələdir və sözügedən problem iki ölkənin rəsmiləri səviyyəsində həll oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31