Rusiya ABŞ -ın iqlim sammitinə dəvət alacağı gözlənilir

Sammit ABŞ prezidenti Co Bayden tərəfindən keçiriləcək

Olaylar.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov TASS -a bildirib ki, ABŞ Rusiyanı sentyabrın 17 -də virtual formatda keçiriləcək enerji və iqlim sammitinə dəvət edib.

Onun sözlərinə görə, "Bəli, Rusiya dəvət olunub. Hazırda dəvətə baxılır" -deyə bildirib.

Məlumata görə, Sammit ABŞ prezidenti Co Bayden tərəfindən keçiriləcək. Görüşdə qlobal iqlim böhranı ilə mübarizə çabalarının sürətləndirilməsi müzakirə olunacaq. Sammitdə dünya liderlərinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31