Gorus-Qafan məsələsi Ermənistana vəziyyəti tez anladacaq

İrəvan yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişli yoldur

Azərbaycanın qardaş Türkiyənin siyasi dəstəyi ilə 30 ilə yaxın işğal altında olan ərazilərini azad etməsi və ötən bir ilə yaxın müddətdə azad olunan ərazilərdə sürətli şəkildə həyata keçirilən quruculuq-abadlıq işləri bəzi qonşularımızı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə cənub qonşumuz İran Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən məmnun görünmür. Əks təqdirdə İran Vətən müharibəsindən keçən müddət ərzində müxtəlif oyunlardan çıxıb Ermənistana dəstək göstərməzdir. Həm də Azərbaycan ərazilərini pozmaqla. Həm İranın ərazi bütövlüyümüzə hörmətsizliyi, həm də bir müddət əvvəl keçirilən təlimlərə sərt reaksiyasına münasibət bildirən siyasi şərhçi Elman Vəliyev qeyd edib ki, Tehran yalnız və yalnız Azərbaycana qarşı məkirli addımlar atmaq və niyyəti xoş olmayan siyasət həyata keçirməkdədir. O deyib ki, bir müddət əvvəl Türkiyə və Azərbaycanın Laçında birgə hərbi təlimlər keçirməsi fonunda da bunu aydın gördük.

-Türkiyə və Azərbaycan qüvvələrinin Laçında birgə hərbi təlimi və sonra Türkiyə, Pakistan və Azərbaycan qüvvələrinin təlimləri bəziləri üçün narahatlıq yaradır. İran tərəfi Ermənistana Gorus-Qafan magistralı vasitəsilə yüklər daşıyır. Azərbaycan tərəfi İrana bu barədə nota vermişdi, amma İran buna baxmayaraq yükdaşımalarına davam elədi. İranla Ermənistan arasındakı əlaqələr "İkinci Qarabağ" müharibəsindən sonra bir xeyli məhdudlaşdı. Azərbaycan tərəfi Gorus-Qafan yolunda başlanğıc olaraq nəzarət postları təşkil edib. Bu marşrut xətti tam nəzarətə götürülsə, Ermənistan 3 tərəfdən blokadada qalacaq. Azərbaycan tərəfi də bunu etməklə çalışır ki, Ermənistan vəziyyəti tez anlaya bilsin və sülhə yaxın gəlsin.

-Bəs Ermənistanın alternativ imkanları varmı?

-Ermənistanın belə bir situasiyada alternativləri məhdudur. Özü də yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişli yoldur. Amma fikirləşir ki, digər çıxış yolları tapaq(hədə-qorxu gəlməklə, digər dövlətlərdən yardım istəməklə) əgər alınmazsa, razılaşmaqdan başqa əlac yoxdur. Həmçinin ehtiyatı da əldən vermək istəmir. Fikirləşir ki, açıq şəkildə Azərbaycanın dediklərini yerinə yetirsəm yenə xalqla hakimiyyət arasında ixtilaf düşəcək. Amma buna baxmayaraq 3 tərəfli bəyanatın icrası yerinə yetiriləcək. Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq.

-Bəs Tehranın qonşuluq münasibətlərinə zidd davranışına qarşı hansı addımı atmaq lazımdır?

-İranın bu tip propaqandalı siyasətinə qarşı mütləq şəkildə adekvat cavablar veriləcək. Verilməlidir də, çünki bu gələcəkdə İranın özbaşınalıqlarına səbəb ola bilər. İlk öncə yenə də nota verilməli, sonra İran səfirliyi xarici işlər nazirliyinə çağrılmalıdır. İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Artıq Ermənistan heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq. Zənn edirəm ki, İran bunun fərqindədir. İran tərəfinin bu məsələ ilə bağlı özünü sığortalamaq xarakterli cavab verəcəyinə əminəm( yanlış anlaşma olub, bizim məqsədimiz ticarətdir, biz Azərbaycanla yaxın münasibətlərə malikik və s. tipli).

-İran həm də burada cənublu soydaşlarımızdan da vasitə kimi istifadə etməyə çalışır

-Bəli. Digər bir məqam isə, İranın bu yük maşınlarının sürücülərinin cənub soydaşlarımzdan təşkil etməsidir. Bunu etməklə iki tərəf arasına nifaq toxumları səpir. Yəni şimaldakılar baxsınlar ki, cənubdakılar ermənilərə dəstək olurlar. Amma halbu ki biz müharibədə qələbə qazananada Araz boyu yerlərdə soydaşlarımız necə sevinirdilər.

Bir başqa məqamı da qeyd edəsi olsaq, bu Xankəndilə bağlı olacaq. Xankənində insanlara pasport verilməsi ilə bağlı narahatlıqlar yaranıb. Ermənistan tərəfi Xankəndini "Artsax" adlandırdıqları qondarma respublikanın tərkibində sayırlar. Rəsmən isə bu rspublika mövcud deyil. Rəsmən mövcud olmayan bir respubliknın pasportunu da sakinlərə vermək düzgün sayılmaz. Xankəndi də Azərbaycan ərazisi olduğu üçün Ermənistan pasportu da vermək olmur. Əvvəllər pasportlarına Ermənistan vətəndaşı yazılırdı. Yaşadığı yeri də Ermənitan ərazisi kimi göstərirdilər. Bunların xəyallarından keçən o idi ki, qondarma respiblika rəsmən tanınsın və burdkıların pasportlarına "Artsax" vətəndaşı yazılsın. Amma bu elə xülya olaraq da qaldı. İkinci Qarabağ savaşından sonra vəziyyət tamamilə dəyişdi. Artıq zaman keçdikcə həmin ərazilərdə yaşayan sakinlərin pasportuna Azərbaycan vətəndaşı yazılacaq.

Hal-hazırda tərəflər arasında sülh sazişi olmadığından bölgədə müvəqqəti rus sülhməramlıları yerləşib.

-Bu arada sülhməramlıların hələ uzun müddət regionda qalacağına dair səslənən fikirlər nə dərəcədə məntiqlidir?

-Sülhməramlıların sabiq komandiri Rüstəm Muradov vəzifəsini yekunlaşdıran zaman çıxış edərək dedi ki, sülhməramlılar 3 tərəfli bəyanata əsasən 5 il qalcaq sonra müddəti uzadılacaq. Sülhməramlılar mövcud olduğu müddətcə öz missiyalarını düzgün yerinə yetirmirlər. Sülhmramlılar olmazsa, tərəflər arasında konflikt dayanmayacq deyə bir tendensiya reallığa sığmır. Sülhməramlıların bölgəyə gəlməsində məqsəd münaqişə tərəfləri arasında sülhü qorumaqdır, yoxsa bölgədə möhkəmlənməkdir? əlbəttə ki, sülhü qorumaqdır. Qarabağ Gürcüstan, Moldova, Ukrayna deyil!

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31