“Sports”dan təxribat: “Mahir - ermənidir” - Foto

Rus dilində əsas idman media resursu sayılan "Sports.ru" azərbaycalı futbolçu Mahir Emreliyə qarşı təxribata əl atıb.

Axar.az xəbər verir ki, dünən Mahir Emrəlinin çıxış etdiyi Polşanın "Legiya" futbol klubu səfərdə Rusiyanın "Spartak"ı ilə üz-üzə gəlib. Avropa Liqasının qrup mərhələsinin çərçivəsində baş tutan oyun "Legiya"nın qələbəsi ilə başa çatıb (0:1).

Oyunu onlayn təqdim edən "Sports.ru" saytının şərhçisi Xəlil Qaynutdinov (Rusiya, Çeboksarı) Mahiri erməni futbolçu adlandırıb.

Qeyd edək ki, saytın redaktorları hələ də buraxılan bu kobud səhvə düzəliş etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31