Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
16 Sentyabr 2021 12:03 SiyasətErmənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb.
Olaylar.az musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlardan deyil, su şüşələrindən də istifadə olunmuşdu.
Qeyd edək ki, bu gün Ermənistan parlamentində hökumət üzvlərilə görüş keçirilib. Hökumət rəhbəri başda olmaqla, nazirlər deputatları maraqlandıran suallara cavab veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31