Putin hər kəsi qarşıdan gələn seçkilərdə iştrak etməyə çağırır

Prezident, rusların məsuliyyətli, dəqiq, vətənpərvər bir mövqe sərgiləyəcəyinə və ölkənin və xalqının mənafeyi üçün çalışacaq millət vəkillərini seçəcəyinə ümid etdiyini söyləyib.

Olaylar.az  rus mediasına istinadən xəbər verir ki,  Rusiya Prezidenti Vladimir Putin rusiyalıları ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb.

"Qarşıdan gələn səsvermədə iştirak etməyinizi, 17 sentyabrdan etibarən hər hansı bir uyğun vaxt təyin etməyinizi  xahiş edirəm.Seçki məntəqələrinə gəlmək üçün uzaqdan elektron səsvermə imkanından istifadə edin. Qabaqcıl texnologiyalar onun təhlükəsizliyinə və etibarlılığına zəmanət verir", - deyə, televiziyadakı çıxışında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31