Ərdoğanın dediyi oldu: Axı sizə demişdim, özünüzü karlığa vurdunuz

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın sement şirkəti "Lafarge"ın İŞİD terrorçularına maddi dəstək göstərməsinə ilk dəfə münasibət bildirib.

Ərdoğanın sözlərinə görə, o avropalı liderləri bu məsələlərlə bağlı dəfələrlə xəbərdar edib. Ərdoğan deyib: "Makronun özünə də, görüşdüyüm avropalı liderlərə də illərdir deyirəm. Amma həmişə özlərini karlığa qoydurlar".

Ərdoğan bildirib ki, o məsələni BMT toplantısında da gündəmə gətirəcək.

Qeyd edək ki, "Lafarge"ın İŞİD terrorçularına maddi dəstək göstərdiyi təsdiq olunub. Fransanın kəşfiyyat xidməti də şirkətin İŞİD-ə dəstək göstərdiyindən xəbəri olub. / Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31