Ermənistan ordusuna dəyən ziyanın məbləği AÇIQLANDI - MƏHV OLUBLAR
15 Sentyabr 2021 18:49 Siyasət"Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində ordunun maddi itkiləri təxminən 4 milyard dollar təşkil edib".
Bunu sentyabrın 15-də jurnalistlərlə görüşündə Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Kazaryan bildirib.
Onun sözlərinə görə, orta təbəqə zabitləri arasında itkilər ümumi sayın təxminən 25%-ni təşkil edir.
"Heç kim buna görə məsuliyyət daşımır. Üstəlik, insanlar hökumət başçısının hərəkətlərinə haqq qazandırırlar. Heç kim ondan heç nə tələb etmir", - deyə Kazaryan şikayətlənib və açıq şəkildə əhalinin hakimiyyəti dəstəkləyən hissəsinə işarə edib. / Konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31