Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA
15 Sentyabr 2021 18:46 SiyasətAzərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31