"Türkiyənin yanımızda olması bizə güc verir" - Zakir Həsənov
15 Sentyabr 2021 15:13 SiyasətTürkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.
Olaylar.az bildirir ki, bunu müdafiə naziri Zakir Həsənov Konyada "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, müharibə zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:
"Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi". (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31