Çin ABŞ-ın görüş təklifini RƏDD EDİB
15 Sentyabr 2021 13:08 SiyasətABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Szinpinlə görüşməyi təklif edib, amma Çindən cavab almayıb.
Olaylar.azxəbər verir ki, bu məlumatı "Faynənşl Tayms" öz mənbələrinə istinadən yayıb. Məlumata görə, görüş təklifini Bayden keçən həftə Szinpinlə baş tutan 90 dəqiqəlik telefon danışığı zamanı səsləndirib.
Qəzet Vaşinqtonun bununla Çin-Amerika münasibətlərində yaranan dalandan çıxmağa cəhd etdiyini bildirib.
Szinpin ABŞ-ın təklifini qəbul etməyib. Çin liderinin bu addımının Ağ Evdə təəssüf yaratdığı vurğulanıb.
Bayden artıq qəzetin bütün iddialarını təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31